Pakistanda ərzaq məhsulları kəskin bahalaşıb

Pakistanda ərzaq məhsulları kəskin bahalaşıb
# 31 avqust 2022 03:09 (UTC +04:00)

Pakistanda 1 100 nəfərdən çox insanın ölümü ilə nəticələnən daşqınlar ərzağın bahalaşması ilə nəticələnib.

APA-nın “France-24”ə istinadla xəbərinə görə, indiki mövsümdə əsas qida olan göyərti, soğan və pomidorun qıtlığı yaranıb. Pakistan Statistika Bürosunun məlumatına görə, sözügedən məhsullar son 1 həftədə 40% bahalaşıb.

Maliyyə Nazirliyi bildirib ki, hökumət qiymətlərin ucuzlaşması üçün yollar axtarır. Bu məqsədlə Hindistandan böyük həcmdə tərəvəz idxalı nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR