Pakistanda göldə gəmi batıb, 6 uşaq ölüb

Pakistanda göldə gəmi batıb, 6 uşaq ölüb
# 29 yanvar 2023 13:57 (UTC +04:00)

Pakistanın Hayber Paxtunxva əyalətindəki Tanda Dam gölündə tur gəmisinin batması nəticəsində azı 6 uşaq ölüb, 4 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə bazar günü xilasetmə xidmətinə istinadən Dawn qəzeti məlumat yayıb.

Məlumata görə, bir günlük ekskursiya çərçivəsində bazar günü batan qayıqda ən azı 23 tələbə və yerli mədrəsələrdən birinin müəllimi olub.

Hadisə nəticəsində 6 uşaq həlak olub, 4 yaralı isə ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR