Pakistanda güclü yağış zamanı damın uçması nəticəsində 6 nəfər ölüb

Pakistanda güclü yağış zamanı damın uçması nəticəsində 6 nəfər ölüb
# 29 iyul 2022 07:09 (UTC +04:00)

Pakistanda leysan yağışı zamanı damın uçması nəticəsində azı 6 nəfər ölüb, 18 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə “ARY News” telekanalı məlumat yayıb.
Faciə gecə saatlarında Pəncab əyalətinin Sahival şəhəri yaxınlığındakı kənddə baş verib.

Ölən altı nəfərdən beşinin qadın olduğu bildirilir.

Bütün yaralılar xəstəxanaya çatdırılıb, polis və xilasedicilər hadisə yerindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR