Pakistanda leysan yağışları 7 nəfərin həyatına son qoyub

Pakistanda leysan yağışları 7 nəfərin həyatına son qoyub
# 23 yanvar 2022 17:13 (UTC +04:00)

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində leysan yağışları nəticəsində azı 7 nəfər ölüb, 16 nəfər yaralanıb.

APA bildirir ki, bu barədə Sinxua Xəbər Agentliyi Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva vilayətində təbii fəlakətlərin idarə olunması departamentinə istinadən məlumat yayıb.

Bildirilir ki, cümə günündən bəri güclü yağışın səbəb olduğu torpaq sürüşməsi və damın çökməsi baş verib. Nəticədə insanlar ölüb. Ölənlər arasında qadın və uşaqların olduğu bildirilir.

Eyni zamanda bildirilir ki, ən azı 19 ev və tikili qismən zədələnib və ya tamamilə dağılıb.

Xilasetmə əməliyyatları hələ də davam edir. Xilasedicilər torpaq sürüşməsi nəticəsində bağlanan bir neçə yolu təmizləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR