Pakistanda məsciddə partlayışda ölənlərin sayı 90-a çatıb, 200-dən çox adam yaralanıb - VİDEO - YENİLƏNİB-7

Pakistanda məsciddə partlayışda ölənlərin sayı 90-a çatıb, 200-dən çox adam yaralanıb - VİDEO  - YENİLƏNİB-7
# 31 yanvar 2023 09:59 (UTC +04:00)

Pakistanın Pişəvər şəhərində məsciddə baş verən terror nəticəsində ölənlərin sayı 90-a çatıb.

APA xəbər verir ki, bu barədə “Radio Pakistan” məlumat yayıb.

Bildirilib ki, partlayışda yaralananların sayı 200-ü keçib. Terror hücumu nəticəsində yaralananlardan 100 nəfəri xəstəxanda müalicə olunur.

Hadisə yerində xilasetmə əməliyyatı davam edir.

Zümrüd Paşkin

***

07:44

Pakistanın Pişəvər şəhərində məsciddə baş verən terror nəticəsində ölənlərin sayı 72-yə çatıb.

APA TV5 kanalına istinadla xəbər verir ki, terror hücumunda 150-dən çox insanın yaralanıb. Hadisə yerində xilasetmə əməliyyatı davam edir və qurbanların sayı arta bilər.

Terror aktına görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” təşkilatı üzərinə götürüb.

***

23.36

Pakistanın Pişəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 61 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə TV5 kanalı xəbər verib.

Televiziya 150 nəfərin yaralandığını bildirir. Hazırda xəstəxanalarda 60 nəfər müalicə alır.

***

22.07

Pakistanın Pişəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb.

APA-nın xəbərinə görə,bu barədə “Dawn” qəzeti xəbər verib.

Nəşr 157 nəfərin yaralandığını bildirir. Şəhər xəstəxanalarında fövqəladə vəziyyət elan edilib.

***

19.17

Pakistanın Pişəvər şəhərində məsciddə terror aktı zamanı ölənlərin sayı 44-ə çatıb.

APA GEO TV-yə istinadən xəbər verir ki, məscidin içində bombanın partladılması nəticəsində 157 nəfər xəsarət alıb.

***

16:32

Pakistanın Pişəvər şəhərində məsciddə terror aktı zamanı ölənlərin sayı 32-yə çatıb.

APA GEO TV-yə istinadən xəbər verir ki, məscidin içində bombanın partladılması nəticəsində azı 147 nəfər xəsarət alıb.

Ölü sayının artacağı istisna olunmur.

***

14:36

Pakistanın Pişəvər şəhərində məsciddə terror aktı zamanı ölənlərin sayı 28-ə çatıb.

APA bu barədə GEO TV-yə istinadən xəbər verir.

Partlayışda yaralananların sayının isə 150-yə çatdığı əlavə olunub.

***

14:15

Pakistanın Pişəvər şəhərində məsciddə terror aktı zamanı ölənlərin sayı 25-yə çatıb.

APA bu barədə GEO TV-yə istinadən xəbər verir.

Yaralı sayının isə 120-yə çatdığı əlavə olunub.

***

13:37

Pakistanın Pişəvər şəhərində məsciddə terror aktı baş verib.

APA GEO TV-yə istinadən xəbər verir ki, bombanın partladılması nəticəsində azı 17 nəfər ölüb.

Terror aktı zaman 90 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR