Pakistanda məsciddə partlayışda ölənlərin sayı 100-ə çatıb

Partlayış

© APA | Partlayış

# 31 yanvar 2023 17:48 (UTC +04:00)

Pakistanın Pişəvər şəhərində məsciddə baş verən terror aktı nəticəsində ən azı 100 nəfər ölüb.

APA CNN-ə istinadən xəbər verir ki, bu barədə “Lady Reading Hospital”ın sözçüsü Məhəmməd Asim Xan bildirib.

Xatırladaq ki, dünən Pakistanın Pişəvər şəhərindəki məsciddə kamikadze özünü partladaraq xeyli sayda insanın ölümü ilə nəticələnən terror aktı törədib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR