Pakistanda terror aktı törədilib, ölənlər və yaralılar var - YENİLƏNİB

Pakistanda terror aktı törədilib, ölənlər və yaralılar var - YENİLƏNİB
# 30 noyabr 2022 10:55 (UTC +04:00)

Pakistanın cənub-qərbində yerləşən Bəlucistanın əyalətinin Kvette şəhərində partlayış zamanı yaralananlarla yanaşı ölənlər də var.

APA “Geo” telekanalına istinadən xəbər verir ki, partlayış nəticəsində bir polis əməkdaşı və yeniyetmə ölüb, yaralananların sayı 24-ü keçib.

Yaralananların əksəriyyətinin polis əməkdaşları olduğu bildirilir.

Partlayışın terrorist-kamikadzenin hücumu nəticəsində baş verdiyi, onun məqsədinin polislərin olduğu yük maşınını partlatmaq olduğu vurğulanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisə “Təhriki-Taliban Pakistan” terror qruplaşmasının Pakistan hakimiyyəti ilə razılaşdırılan atəşkəs rejimini ləğv etməsindən və qruplaşma üzvlərinə bütün ölkədə hücumlar təşkil etməyi əmr etməsindən iki gün sonra baş verib.

***

09:36

Pakistanın cənub-qərbində yerləşən Bəlucistanın əyalətinin Kvette şəhərində partlayış olub.

APA TASS-a istinadən xəbər verir ki, partlayış nəticəsində azı 21 nəfər xəsarət alıb.

Yaralılardan 15-nin polis əməkdaşı olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR