Pakistanda terror aktında 10 hərbçi yaralanıb

Pakistanda terror aktında 10 hərbçi yaralanıb
# 05 iyul 2022 09:45 (UTC +04:00)

Pakistanın Şimali Vəziristan bölgəsində terrorçu-kamikadzenin partlayış törətməsi nəticəsində ən azı 10 hərbçi yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Qəzetin Pakistan Müdafiə Nazirliyinə istinadən yaydığı məlumatda bildirilir ki, hadisə Mirali şəhərində baş verib.

Terrorçu-kamikadze xüsusi təyinatlı qüvvələrin avtomobil karvanı yaxınlığında partlayıcı qurğunu işə salıb.

Partlayış nəticəsində 10 əsgər yaralanıb, onlardan 3-ü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə yerində antiterror əməliyyatı aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR