Pandemiyadan sonrakı ilk böyük Həcc ziyarəti başlayıb

Pandemiyadan sonrakı ilk böyük Həcc ziyarəti başlayıb
# 06 iyul 2022 06:52 (UTC +04:00)

İyulun 6-da koronavirus pandemiyasından sonra ilk böyük Həcc ziyarəti başlayıb.

APA xəbər verir ki, bu il Səudiyyə Ərəbistanı peyvənd olunmuş 1 milyon zəvvarın Məkkəyə gəlməsinə icazə verib.

Onlardan 850 min nəfəri əcnəbidir. Ziyarət zamanı tibbi maskadan istifadə könüllüdür. Bununla belə, bəzi kütləvi ayinlərin icrasına yaşı 65-dən aşağı olan şəxslər buraxılmır.

Pandemiya dövründə Həcc ziyarətinə ciddi məhdudiyyət tətbiq edilib. 2020-ci ildə pandemiyanın ən şiddətli dövründə Həcc ziyarətinə təxminən 10 min nəfər gedə bilib. 2021-ci ildə isə Səudiyyə Ərəbistanı vətəndaşları və bu ölkədə daimi yaşayan əcnəbilər arasında 60 000 nəfərə ziyarət nəsib olub.

Statistika göstərir ki, cari ildə şərtlər yumşaldılsa da, zəvvar sayı pandemiyadan əvvəlki həddə çatmayıb. 2019-cu ildə Məkkəni ziyarət etməyə 2,5 milyon nəfər gəlmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR