Papua-Yeni Qvineyada 7,6 maqnitudalı zəlzələ olub

Papua-Yeni Qvineyada 7,6 maqnitudalı zəlzələ olub
# 11 sentyabr 2022 12:39 (UTC +04:00)

Papua-Yeni Qvineyada 7,6 maqnitudalı zəlzələ olub.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Geoloji Araşdırmalar Təşkilatı məlumat yayıb.

Zəlzələnin ocağı ölkənin şimal-şərqindəki Kainantu bölgəsində, 90 km dərinlikdə yerləşib.

ABŞ Milli Okean və Atmosfer İdarəsi öncə Papua-Yeni Qvineya və İndoneziya sahillərində sunami təhlükəsi elan edib, daha sonra xəbərdarlıq ləğv olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR