Pekində koronavirusa görə parklar, ticarət mərkəzləri və muzeylər bağlanıb

Pekində koronavirusa görə parklar, ticarət mərkəzləri və muzeylər bağlanıb
# 22 noyabr 2022 10:46 (UTC +04:00)

Pekində yeni növ koronavirus (COVID-19) infeksiyasının növbəti dalğasının yayılması ilə əlaqədar parklar, ticarət mərkəzləri və muzeylər bağlanıb.

APA “Reuters”ə istinadən xəbər verir ki, paytaxtda 1 438 yeni yoluxma halının qeydə alındığı, bazar günü isə yoluxanların sayının 962 nəfər təşkil etdiyi bildirilib.

Epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar paytaxt sakinlərinə evdə qalmaq çağırışı edilib, şəhərlərdə əhali arasında kütləvi testlər davam etdirilir.

Ölkədə COVID-19 ilə əlaqəli iki yeni ölüm halının qeydə alındığı da açıqlanıb.

Uhanda isə sakinlərə yalnız iş və ev arasında səyahət etməklə bağlı xəbərdarlıq edilib.

Bazar ertəsi günü Çində ümumilikdə 28 127 yeni yoluxma halının təsdiqləndiyi açıqlanıb və bunun apreldə qeydə alınmış rekord sayda sutkalıq yoluxma göstəricisinə yaxın olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR