Pelosi: “ABŞ Tayvandakı status-kvonu dəstəkləyir”

Pelosi: “ABŞ Tayvandakı status-kvonu dəstəkləyir”
# 03 avqust 2022 11:26 (UTC +04:00)

ABŞ Tayvanda hər zaman azadlıq və təhlükəsizliyin olmasını istəyir və bundan geri çəkilməyəcək.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvan administrasiyasının rəhbəri Tsay İnq-venlə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Pelosi qeyd edib ki, “Vahid Çin” siyasətinə hörmət edir, lakin ABŞ-ın Tayvanla həmrəyliyi hər zamankından daha vacibdir. O, əlavə edib ki, ABŞ adadakı status-kvonu dəstəkləyir və Tayvanda güc yolu hər hansı bir şeyin baş verməsini istəmir. Pelosi səfəri ilə bağlı Tayvanın üzləşə biləcəyi iqtisadi nəticələrə münasibət bildirərkən qeyd edib ki, adanın ABŞ-la olan əlaqələri ona daha yaxşı iqtisadi mübadilə üçün qapı açır.

Tsai İnq-ven isə vurğulayıb ki, Tayvan status-kvonun qorunmasına sadiqdir və Çinin Pelosinin səfərinə cavab olaraq başlatdığı hərbi təlimlər qeyri-zəruri reaksiyadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR