Peyvəndlərin “omikron” ştamına qarşı effektivliyi araşdırılıb 

Peyvəndlərin “omikron” ştamına qarşı effektivliyi araşdırılıb 
# 19 yanvar 2022 05:50 (UTC +04:00)

İsrailin “Şiba” tibb mərkəzi peyvəndlərin COVİD-19-un “omikron” ştamına qarşı effektivliyi ilə bağlı araşdırma aparıb.

APA-nın xəbərinə görə, tədqiqatda 274 nəfər iştirak edib. Alimlər “Pfizer” və “Moderna” vaksinlərinin 4-cü dozasının digər ştamlarla müqayisədə “omikron”a qarşı təsirinin yetərli olmadığını müəyyən ediblər. Bildirilir ki, sözügedən peyvəndlərin 4-cü dozasından sonra orqanizmdə əkscisimlərin həcminin artmasına baxmayaraq, “omikron”a yoluxmaların sayında azalma müşahidə edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR