Pişəvərdə partlayışda şübhəli bilinən 23 nəfər saxlanılıb

Pişəvərdə partlayışda şübhəli bilinən 23 nəfər saxlanılıb
# 02 fevral 2023 06:12 (UTC +04:00)

Pakistan Pişəvər şəhərində məsciddə güclü partlayışla nəticələnən terror aktının səbəblərini araşdırmaqda davam edir.

APA-nın “Vesti.ru”ya istinadən verdiyi xəbərə görə, mühüm sübutların aşkarlanmasından sonra terror aktının hazırlanması və həyata keçirilməsində iştirakda şübhəli bilinən 23 nəfər, o cümlədən polis əməkdaşları saxlanılıb. Şübhəlilər arasında təkcə yerli sakinlər deyil, Əfqanıstanla sərhəddə yerləşən ərazilərdə yaşayanlar da var.

Pakistan hüquq-mühafizə orqanları terrorçunun məscidin ərazisinə necə girə biləcəyini araşdırır. çünki, şəhərin bu hissəsi xüsusi mühafizə olunur, orada çoxlu sayda hüquq-mühafizə orqanlarının əməkdaşları yaşayır. Polis məsciddə terrorçunun köməkçilərinin də olduğunu istisna etmir.

Son məlumatlara görə, kamikadzenin ibadət zamanı törətdiyi partlayış nəticəsində əksəriyyəti polis olmaqla 101 nəfər ölüb, 200-ə yaxın insan yaralanıb.

Hücuma görə məsuliyyəti Pakistanın qadağan etdiyi Pakistan Taliban Hərəkatı (TTP) üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR