Professor: “Azərbaycan tranzit potensialına görə İranın diqqətində olan ölkələrdəndir” 

Cəlal Dehqani Firuzabadi

© APA | Cəlal Dehqani Firuzabadi

# 27 yanvar 2022 19:19 (UTC +04:00)

“Beynəlxalq dəhlizlər Tehran və Bakı arasında əlaqələrin inkişafı üçün əlverişli bir imkandır”.

Bunu APA-nın Tehran müxbirinə açıqlamasında Tehranın Təbatəbai adına Universitetin professoru, “İran və qonşu ölkələr” konfransının elmi katibi Cəlal Dehqani Firuzabadi deyib.

Onun sözlərinə görə, bu gün İran və Azərbaycan arasında tranzit potensialı hər iki ölkənin müştərək mənafeyinə uyğundur: “Hər iki ölkə bu potensialdan istifadə edərək münasibətlərini siyasi və iqtisadi sahələrdə də inkişaf etdirə bilərlər".

C.Dehqani Firuzabadi bir neçə gün öncə "İran və qonşu ölkələr konfransı"nın keçirildiyini və konfransın önəmli məsələlərindən birinin İran və qonşu ölkələr arasında tranzit potensialından istifadə etmək məsələsi olduğunu vurğulayıb: “Azərbaycan tranzit potensialına görə İranın diqqətində olan qonşu ölkələrdəndir".

O bildirib ki, İran və Azərbaycan əlaqələri inkişaf etdirmək üçün geniş potensiala malikdir və bu potensialın hələ ki, tam istifadə edilməyib.

Qeyd edək ki, "İran və Qonşu ölkələr" konfransı İranın Xarici İşlər Nazirliyinin beynəlxalq məsələlər və siyasi araşdırmalar mərkəzinin təşəbbüsü ilə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR