Putin İsrail Prezidentinə yəhudi icmasının yanında olacağına söz verib

Hersoq, Putin

© APA | Hersoq, Putin

# 09 avqust 2022 14:41 (UTC +04:00)

İsrail Prezidenti İsxaq Hersoq və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın "Jerusalem Post"a istinadən xəbərinə görə, tərəflər iki ölkə arasındakı məsələlərə, həmçinin İsraildən kənardakı yəhudi diasporunun üzləşdiyi çağırışlara dair müzakirə aparıblar.

Qeyd olunub ki, Vladimir Putin Holokost qurbanlarının xatirəsinin yad edilməsinə sadiqliyini vurğulayıb və Rusiyadakı yəhudi icmasının yanında olacağı sözünü verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR