Qazaxıstan Prezidenti Türkiyəyə səfər edib

Qazaxıstan Prezidenti Türkiyəyə səfər edib
# 10 may 2022 13:51 (UTC +04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ankaraya gəlib.

APA xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentin "Telegram" səhifəsində məlumat verilib.

Türkiyənin paytaxtı Ankarada “Esenboğa” beynəlxalq hava limanında Qazaxıstan liderini Türkiyənin Vitse-prezidenti Fuat Oktay, Ankara valisi Vasip Şahin və bir sıra digər rəsmi şəxslər qarşılayıb.

Ankaraya ikigünlük səfəri çərçivəsində o, Türkiyə Prezidenti ilə ikitərəfli və geniş tərkibli görüşlər keçirəcək, Qazaxıstan-Türkiyə biznes forumunda iştirak edəcək və Türkiyə iş adamları ilə görüşəcək.

Bildirilib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR