Qazaxıstanda Astana formatında Suriya üzrə 17-ci beynəlxalq görüş başlayıb

Qazaxıstanda Astana formatında Suriya üzrə 17-ci beynəlxalq görüş başlayıb
# 21 dekabr 2021 08:33 (UTC +04:00)

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Astana formatında Suriya üzrə 17-ci beynəlxalq görüş keçirilir.

APA TASS-a istindən xəbər verir ki, görüşdə Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, Suriya hökumət nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Ayman Susan başçılıq edir.

Danışıqlar tərəflər arasında məsləhətləşmələrlə başlayıb.

Qeyd edək ki, dekabrın 22-dək davam edəcək məsləhətləşmələr zamanı iştirakçıların Suriya Konstitusiya Komitəsinin Cenevrədəki işinin perspektivlərini, Suriyadakı mövcud vəziyyəti, Astana prosesi çərçivəsində əvvəllər əldə edilmiş razılaşmalara uyğun olaraq deeskalasiya zonalarında sabitliyin qorunması vəzifələrini müzakirə edəcəkləri gözlənilir.

İclas zamanı qarant ölkələrin, eləcə də BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakı ilə məcburi saxlanılan şəxslərlə bağlı işçi qrupunun iclasının keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR