Qazaxıstanda meşə yanğınları davam edir, ölənlərin sayı 14-ə çatıb

Qazaxıstanda meşə yanğınları davam edir, ölənlərin sayı 14-ə çatıb
# 10 iyun 2023 18:20 (UTC +04:00)

Qazaxıstanda iyunun 8-dən başlayan meşə yanğınları davam edir.

APA Qazaxıstan mediasına istinadən xəbər verir ki, ölkədə meşə yanğını 60 min hektardan çox əraziyə yayılıb. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin yaydığı açıqlamaya görə, yanğına 1000-ə yaxın yanğınsöndürən, 237 texnika və 11 helikopter müdaxilə edir. Abay rayonunda baş vermiş yanğının söndürülməsi üzrə əməliyyat qərargahından verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri zamanı daha 11 nəfərin meyiti aşkarlanıb, ölənlərin kimliyi müəyyənləşdirilir. Bununla da meşə yanğınlarında ölənlərin sayı 14 nəfərə çatıb. Bundan əvvəl meşə təsərrüfatının itkin düşmüş 3 əməkdaşının meyitinin tapıldığı açıqlanmışdı.

Qazaxıstan Nazirlər Kabinetinin açıqlamasında bildirilir ki, baş nazir Əlixan İsmayılov meşə yanğını ilə bağlı təcili iclas keçirib.

Ölkənin şərqindəki Abay vilayətində Semey meşəsində iyunun 8-də baş verən yanğının dünəndən etibarən sürətlə yayılmağa başladığı, yanğının söndürülməsi üçün bölgəyə qonşu dövlətlərdən yanğınsöndürənlərin göndərildiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR