Qazaxıstanda yeni hökumətin tərkibi təsdiqlənib

Qazaxıstanda yeni hökumətin tərkibi təsdiqlənib
# 11 yanvar 2022 15:35 (UTC +04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni hökumətin tərkibini təsdiqləyib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, parlamentin aşağı palatası yeni hökumətdə təmsil olunacaq nazirlərin tam siyahısını hazırlayıb.

Müdafə, daxili işlər və xarici işlər nazirləri yeni hökumətdə öz postlarını qoruyub saxlayıb.

Xatırladaq ki, Prezident Kasım-Jomart Tokayev parlamentdə çıxışı zamanı Baş nazir postuna Əlixan Smailovun namizədliyini irəli sürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR