Qətər əmiri ilk dəfə Özbəkistana səfər edəcək

Təmim bin Həməd Al Tani

© APA | Təmim bin Həməd Al Tani

# 04 iyun 2023 18:26 (UTC +04:00)

Qətər əmiri Təmim bin Həməd Al Tani bazar ertəsi Özbəkistana dövlət səfərinə gələcək və bu səfər zamanı respublika rəhbəri Şavkat Mirziyoyev ilə siyasi əlaqələrin inkişafı və investisiya layihələrinin həyata keçirilməsi məsələlərini müzakirə edəcək.

APA xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Ən yüksək səviyyədə danışıqlar zamanı Özbəkistan-Qətər çoxşaxəli münasibətlərinin gələcək inkişafı məsələlərinə baxılacaq. Söhbət ilk növbədə fəal siyasi təmasların və mədəni-humanitar mübadilənin davam etdirilməsindən, enerji, qaz-kimya sənayesi, kənd təsərrüfatı, infrastruktur sahələrində iri investisiya layihələrinin həyata keçirilməsindən gedir” – məlumatda bildirilir.

Dövlət başçıları həmçinin beynəlxalq siyasətin aktual məsələlərini və regional gündəliyi müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR