Qırğızıstanda 40-dan çox uşaq naməlum maddədən zəhərlənib

Qırğızıstanda 40-dan çox uşaq naməlum maddədən zəhərlənib
# 30 mart 2023 09:29 (UTC +04:00)

Qırğızıstanın Oş vilayətində qırxdan çox uşaq naməlum maddədən zəhərlənib, onlardan 18-i xəstəxanaya yerləşdirilib.

APA xəbər verir ki, bu barədə TASS-a ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

"Oş vilayətinin Kara-Suu rayonunda 43 uşaq tibbi yardım üçün müraciət edib", - nazirliyin mərkəzi aparatının nümayəndəsi qeyd edib. Onun sözlərinə görə, zərərçəkənlərə ilkin zəhərlənmə diaqnozu qoyulub, onlardan 18-i xəstəxanaya yerləşdirilib.

Zəhərlənməyə konkret nəyin səbəb olduğu hazırda mütəxəssislər tərəfindən müəyyən edilir. Müvafiq analizlər aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR