Qırğızıstanla sərhəddə toqquşmada Tacikistanın iki vətəndaşı həlak olub

Qırğızıstanla sərhəddə toqquşmada Tacikistanın iki vətəndaşı həlak olub
# 28 yanvar 2022 10:54 (UTC +04:00)

Qırğızıstanla sərhəddə baş verən toqquşmada Tacikistanın iki vətəndaşı həlak olub.

APA-nın "24.kg" saytına istinadən verdiyi xəbərə görə, bu barədə Tacikistan sərhəd qoşunlarının mətbuat mərkəzi məlumat yayıb.

Bildirilib ki, toqquşmada İsfar mərkəzi xəstəxanasının təcili tibbi yardım maşınının sürücüsü Abdulatif Şərifov və Xocai-Alo kənd sakini Obidjon Tuyçiyev ölüb.

Qeyd olunub ki, Qırğızıstan-Tacikistan sərhədindəki toqquşmalarda yaralanan on nəfərdən altısı hərbçi, dördü isə mülki şəxsdir.

Xatırladaq ki, yanvarın 27-də axşam saatlarında Tacikistan sərhədçiləri Batken vilayətinin Tort-Koço ərazisində Batken-İsfan yolunun bir hissəsini bağlayıblar. Batken vilayətində sərhədin bu hissəsində yerləşdirilən Qırğızıstanın sərhəd bölmələri gücləndirilmiş xidmət rejiminə keçib.

Tərəflər gecə saatlarında tam atəşkəs, sərhədə cəlb edilən əlavə qüvvə və vasitələrin çıxarılması, Batken-İsfan avtomobil yolunun hərəkətə açılması və münaqişənin qarşısının alınması məqsədilə sərhədyanı ərazilərdə birgə patrulun aparılması barədə razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR