Qızının COVID-19-a yoluxmasını öyrənən İsrailin baş naziri hökumətin iclasını dərhal tərk edib

İsrailin baş naziri Naftali Bennett

© APA | İsrailin baş naziri Naftali Bennett

# 26 dekabr 2021 18:13 (UTC +04:00)

İsrailin baş naziri Naftali Bennett qızının koronavirus testi müsbət çıxdıqdan sonra özünü təcrid edib.

APA bildirir ki, bu barədə RİA Novosti-yə hökumət başçısının mətbuat katibi Anna Yonatan-Leus bildirib.

Mətbuat katibi deyib ki, hökumətin iclası zamanı baş nazir qızının koronavirus testinin müsbət çıxdığını öyrənib: “Baş nazir dərhal iclası tərk edib. Hazırda hökumətin iclasına ədliyyə naziri Gideon Saar sədrlik edir”.

Bennett PCR testindən keçəcək və qızı ilə birlikdə özünü təcrid edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR