Qubernator: "İndoneziyada stadionda iğtişaşlar zamanı 125 nəfər ölüb"

Qubernator: "İndoneziyada stadionda iğtişaşlar zamanı 125 nəfər ölüb"
# 02 oktyabr 2022 16:59 (UTC +04:00)

İndoneziyada futbol matçından sonra yaranan iğtişaş nəticəsində ölənlərin sayı hakimiyyət tərəfindən yenidən nəzərdən keçirilib və 125 nəfərin öldüyü söylənilib.

APA xəbər verir ki, bu barədə bazar günü Şərqi Yava əyalətinin qubernatorunun müavini Emil Dardaka istinadən “Reuters” agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, ərazidəki 10 xəstəxananın məlumatlarını yoxladıqdan sonra 125 nəfərin iğtişaş zamanı öldüyünü müəyyənləşdiriblər.

Qeyd edək ki, daha əvvəl 174 nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, şənbə günü İndoneziyanın Malanq şəhərindəki stadionda Arema və Persebaya futbol komandaları arasında keçirilən oyundan sonra iğtişaşlar baş verib. Polis əməkdaşlarının fanatlara qarşı gözyaşardıcı qazdan istifadə etməsi çaxnaşma və izdihamla nəticələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR