Quterreş Pakistana gəlib

Quterreş Pakistana gəlib
# 09 sentyabr 2022 08:57 (UTC +04:00)

BMT-nin Baş katibi Antonu Quterreş Pakistana səfər edib.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, Quterreş daşqının zərər vurduğu bölgələrə səfər edəcək.

Baş katib səfəri zamanı Pakistanın Baş naziri Şahbaz Şərif və xarici işlər naziri Bilaval Bhutto-Zərdari ilə görüş keçirəcək.

Xatırladaq ki, musson yağışlarının yağması nəticəsində baş verən daşqında ölənlərin sayı 1391 nəfər olub.

Təbii fəlakətdən ziyan çəkən Pakistana bir çox ölkələrdən humanitar yardım istəyib.

Pakistan daşqınların təxminən 10 milyard dollar itkiyə səbəb olduğunu təxmin etsə də, Birləşmiş Millətlər Təşkilatı 160 milyon dollarlıq yardım çağırışı edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR