Raciv Qandiyə sui-qəsddə iştirak etmiş şəxs azadlığa çıxıb

Raciv Qandi

© APA | Raciv Qandi

# 19 may 2022 07:07 (UTC +04:00)

1991-ci ildə hindistanlı siyasətçi Raciv Qandiyə sui-qəsddə iştirak edənlərdən biri azadlığa çıxıb.

APA-nın NDTV kanalına istinadla xəbərinə görə, Perarivalan adlı məhkum həbsxanada 31 il keçirib. Ali məhkəmə onun nümunəvi davranışını əsas gətirərək vaxtından əvvəl azad edilməsinə qərar verib. Hüquqşünasların fikrincə, bu qərar Qandini öldürməyə görə məhkum olunmuş digər şəxslər üçün də presedent yarada bilər.

Qeyd edək ki, 1984-1989-cu illərdə Hindistanın Baş naziri olmuş Raciv Qandi 1991-ci ildə seçki kampaniyası vaxtı sui-qəsdə məruz qalıb. Hücuma görə məsuliyyəti Tamil pələngləri qruplaşması üzərinə götürüb. Hadisə zamanı terrorçular da daxil olmaqla 14 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR