Reuters: 13 Çin təyyarəsi Tayvan boğazını keçib

Reuters: 13 Çin təyyarəsi Tayvan boğazını keçib
# 13 avqust 2022 20:58 (UTC +04:00)

13 Çin təyyarəsi Tayvan boğazının orta xəttini keçib.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

“Pekin iddia etdiyi ada yaxınlığında hərbi fəaliyyətlərini davam etdirir”,- deyə nazirlik bildirib.

Tayvan ətrafında vəziyyət ABŞ Konqresinin Aşağı Palatasının spikeri Nensi Pelosinin Asiya turu çərçivəsində adaya planlaşdırılan səfərlə bağlı bəyanatından sonra gərginləşməyə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR