Rişi Sunak: “Putin dünya liderləri ilə üzləşməyə hazır olmalı idi”

Rişi Sunak

© APA | Rişi Sunak

Foto al #
# 15 noyabr 2022 15:01 (UTC +04:00)

“Rusiya prezidenti Vladimir Putin G20 sammitində dünya liderləri ilə qarşılaşmağa hazır olmalı idi”.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bunu Britaniyanın Baş naziri Rişi Sunak Balidə keçirilən G20 sammiti zamanı çıxışında deyib.

O bildirib ki, Rusiyanın Ukraynanı tərk etməsi dünya siyasətində ən böyük dəyişikliyi yaradacaq.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da iştirak etdiyi sammitin açılış sessiyasında Rişi Sunak Ukraynanın işğal edilməsini və mülki əhalinin hədəf alınmasını pisləyib və dünya liderlərini bunun beynəlxalq nizama yaratdığı təhlükə barədə xəbərdarlıq edib. O bildirib ki, tək bir insanın bütün bunları dəyişdirmək gücü var.

“Maraqlıdır ki, Putin burada bizə qoşula bilməyib. Burda olsaydı, biz məsələləri həll edə bilərdik”, - deyə Baş nazir çıxışında vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR