Rus səfirin qətlinin görüntülərinin yayımlanması ilə bağlı TRT əməkdaşları saxlanılıb

Rus səfirin qətlinin görüntülərinin yayımlanması ilə bağlı TRT əməkdaşları saxlanılıb
# 18 iyul 2019 11:06 (UTC +04:00)

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinin görüntülərinin TRT telekanalında yayımlanması ilə bağlı aparılan araşdırma çərçivəsində əməliyyat keçirilib.

APA-nın Türkiyənin “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, polisin prokurorluğun təqdimatı ilə keçirdiyi əməliyyat nəticəsində FETÖ terror təşkilatının üzvü olan 6 nəfər saxlanılıb.

Onlardan 5 nəfəri TRT əməkdaşıdır. Bir nəfər isə əvvəllər telekanalda çalışıb.

Qeyd edək ki, 19 dekabr 2016-cı ildə Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hadisəni törədən Mert Altıntaş təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR