Rusiya ABŞ ordusunun Suriyadakı təxribatçı hərəkətlərinə etiraz edib

Rusiya ABŞ ordusunun Suriyadakı təxribatçı hərəkətlərinə etiraz edib
# 01 aprel 2023 03:33 (UTC +04:00)

Suriyanın Həsəkə əyalətində ABŞ Silahlı Qüvvələrinin bölmələri tərəfindən təxribat xarakterli hərəkətlər qeydə alınıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini kontr-admiral Oleq Qurinov deyib.


Onun sözlərinə görə, Rusiya-Türkiyə birgə patrulu zamanı ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasının iki patrulunun Deyruna-Ağa və Saramsak kimi yaşayış məntəqələrinin ərazilərində münaqişəsiz marşrutlar üzrə hərəkəti aşkar edilib.

“Rusiya tərəfi koalisiyaya etiraz edib”, - deyə Qurinov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR