Rusiya öz ərazisində İrana 100 min hektar əkin sahəsinin verilməsini təklif edib

Rusiya öz ərazisində İrana 100 min hektar əkin sahəsinin verilməsini təklif edib
# 11 iyul 2022 16:46 (UTC +04:00)

Rusiya öz ərazisində İrana 100 min hektar əkin sahəsinin verilməsini təklif edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İRNA dövlət agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, ötən ay Rusiyadan İrana nümayəndə heyəti səfər edib və bu ölkəyə sərhəddən kənar 100 min hektar əkin sahəsinin verilməsi təklif edilib.

Agentlik Rusiya və İranın sanksiyalarla üzləşdiyi bir vaxtda Rusiyanın İrana belə təklifini misilsiz adlandırıb. İRNA digər ölkələr, o cümlədən Ermənistan və Qanadan da İrana belə bir təklif edildiyini qeyd edib.

Qeyd edək ki, hazırda İranda 18 milyon hektar ərazidə əkin əkilir. Ölkənin şirin suyunun 85 faizi kənd təsərrüfatı sahələrinin suvarılmasında istifadə olunur. İranda su çatışmazlığı və əkin sahələrinin azlığına görə digər ölkələrdə əkin sahələrinin icarəsi və əkilməsi İran üçün əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR