Rusiya və Çin hərbi sahədə əməkdaşlığı gücləndirir

Rusiya və Çin hərbi sahədə əməkdaşlığı gücləndirir
# 19 sentyabr 2022 13:49 (UTC +04:00)

Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Nikolay Patruşev Çin Kommunist Partiyasının xarici əlaqələr komitəsinin rəhbəri Yan Tseçi ilə görüşüb.

APA “Reuters”ə istinadən xəbər verir ki, Nanpinqdə baş tutan görüşdə tərəflər Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Tsinpin arasındakı görüşdə əldə edilmiş razılaşmaların tətbiqini müzakirə ediblər.

"Çinlə strateji tərəfdaşlığın inkişafı Rusiya xarici siyasətinin qeyd-şərtsiz prioritetidir”, - Rusiya TŞ-nin bəyanatında bildirilib.

Eyni zamanda, Patruşev və Tseçinin Koreya yarımadası, Tayvan və Ukrayna ilə bağlı müzakirə apardığı qeyd olunub.

“Tərəflər birgə hərbi təlimlər və patrullarla hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi, həmçinin iki ölkənin Baş Qərargahları arasında əlaqələrin gücləndirilməsi barədə razılaşıblar”, - bəyanatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR