Rusiya və İran Buşəhr AES-i ilə bağlı müzakirələr aparır

Rusiya və İran Buşəhr AES-i ilə bağlı müzakirələr aparır
# 25 may 2022 14:03 (UTC +04:00)

İran və Rusiya Buşəhr Atom Stansiyasının 2 və 3-cü fazalarının inkişafı haqında müzakirə aparır.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvəndi İranın neft naziri Cavad Oci və Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

O bildirib ki, iki ölkə arasında yaxşı iqtisadi əlaqələr mövcuddur. "Rusiya və İran arasında xüsusilə nüvə sahəsində əməkdaşlıq yüksək səviyyədə davam etdirilir . Rusiya ilə Buşəhr Atom Enerji Stansiyasının 2 və 3-cü fazalarının inkişaf etdirilməsini müzakirə edir."

O qeyd edib ki, bu layihələrin böyük həcmdə investisiyaya ehtiyac var. "Layihələrin maliyyələşdirilməsi məsələsini Rusiya ilə müzakirə edirik. Rusiya və İran nüvə sahəsində əməkdaşlığını genişləndirəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR