Rusiya Yaponiya parlamentinin 384 üzvünə sanksiya tətbiq edib

Rusiya Yaponiya parlamentinin 384 üzvünə sanksiya tətbiq edib
# 15 iyul 2022 18:53 (UTC +04:00)

Rusiya Yaponiya parlamentarilərinə sanksiya tətbiq edib.

APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Yaponiya parlamentinin Nümayəndələr Palatasının (aşağı palata) 384 üzvünə sanksiya tətbiq edilib.

İyulun 14-dən “qara siyahı”ya düşən bütün şəxslərin Rusiyaya girişi qadağan edilib.

Qeyd olunub ki, bu qərar aprel ayında Yaponiya hökuməti tərəfindən Dövlət Dumasının deputatlarına qarşı sanksiyalara cavab olaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR