Rusiyanın yük qatarı ilk dəfə İran ərazisinə yük gətirib

Rusiyanın yük qatarı ilk dəfə İran ərazisinə yük gətirib
# 12 iyul 2022 23:44 (UTC +04:00)

Rusiyanın yük qatarı ilk dəfə İran ərazisinə yük gətirib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi deyib.

Qonşu ölkələrlə tranzit yüklər sahəsində əlaqələrin artırılması siyasətini yürütdüyünü deyən R.Qasimi bildib ki, bu yük qatarı 39 yük kantineyrini İranın cənubunda şəhid Rəcayi limanında boşaldacaq və yüklər oradan dənizlə Hindistana nəql olunacaq.

O qeyd edib ki, qonşu ölkələrlə hazırda İrandan 20 milyon ton yükün tranzit olunması sahəsində razılıq əldə olunub və bunun bir hissəsi də icra olunub.

Onun sözlərinə görə, Rusiyanın yük qatarı ilk dəfədir ki birbaşa Rusiyadan İrana gətirilib və şəhid Rəcayi limanına aparılır.

"Qatar 3800 kilometr yol gələrək İran sərhəddində çatıb. Qatar Sərəx sərhəddindən (Türkmənistan) İrana daxil olub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR