“Saudi Aramco” Çində neft emalı zavodu tikəcək

“Saudi Aramco” Çində neft emalı zavodu tikəcək
# 27 mart 2023 03:14 (UTC +04:00)

Səudiyyə Ərəbistanının Milli Neft Şirkəti “Saudi Aramco” Çində böyük neft emalı zavodu və neft-kimya kompleksi inşa edəcək.

APA xəbər veri ki, bu barədə şirkətin saytında məlumat verilib.

Zavodun istehsal gücü sutkada 300 min barel olacaq ki, bunun da 210 mini “Saudi Aramco” şirkəti tərəfindən təmin ediləcək.

Neft-kimya kompleksi ildə 1,65 milyon tona qədər etilen və 2 milyon tona qədər paraksilol istehsal edə biləcək.

Panjin şəhərində (Liaonin əyaləti, Şimal-Şərqi Çin) obyektlərin tikintisinə bu ilin ikinci rübündə başlanılacaq.

Zavodun 2026-cı ilə qədər istifadəyə veriləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR