Səfirlik: Nepalda qəzaya uğrayan təyyarənin göyərtəsində 4 Rusiya vətəndaşı olub

Səfirlik: Nepalda qəzaya uğrayan təyyarənin göyərtəsində 4 Rusiya vətəndaşı olub
# 15 yanvar 2023 11:33 (UTC +04:00)

Nepalda qəzaya uğrayan təyyarənin göyərtəsində 4 Rusiya vətəndaşı olub.

APA xəbər verir ki, bu barədə TASS Rusiya səfirliyinə istinadən məlumat yayıb.

“İlkin məlumatlara görə, bu təyyarənin göyərtəsində dörd rusiyalı olub. Səfirlik insidentin baş vermə şəraitini və Rusiya vətəndaşlarının taleyini araşdırır”, - səfirlikdən bildiriblər.

Qeyd edək ki, bu gün Nepalın Poxara Beynəlxalq Hava Limanının uçuş-enmə zolağında təyyarə qəzaya uğrayıb.

Təyyarədə 68 sərnişin və dörd ekipaj üzvü olub.

Qəza yerində 16 ölü tapılıb, media qurbanların sayının artdığını bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR