Sel və daşqın səbəbindən Tehran-Şimal dəmiryolu bağlanıb - YENİLƏNİB

Sel və daşqın səbəbindən Tehran-Şimal dəmiryolu bağlanıb - YENİLƏNİB
# 28 iyul 2022 23:20 (UTC +04:00)

Sel və daşqın səbəbindən Tehran-Şimal dəmiryolu bağlanıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Dəmiryolu Şirkəti bildirib.

Qeyd olunub ki, daşqın nəticəsində Zarin Rəşt-Məhabad dəhlizindəki Tehran-Şimal dəmiryolu xəttinin bir hissəsi zədələndiyindən bağlanıb.

Dəmiryolunun işçi heyəti problemi tez bir zamanda həll etməyə çalışır.

***

Saat 17:38

İranda son günlər baş verən sel və daşqınlar nəticəsində ümumilikdə 12 nəfər həlak olub.

APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin açıqlamasına bildirilib.

Qeyd olunub ki, 5 nəfər Sistan və Bəlucistan əyalətində, 7 nəfər isə Tehran vilayətində həlak olub.

Həmçinin 14 nəfər itkin düşüb.

Bu müddətdə 3 667 nəfərə yardım göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR