Şərqi Yerusəlimdə atışma olub, iki nəfər yaralanıb - VİDEO

Şərqi Yerusəlimdə atışma olub, iki nəfər yaralanıb - VİDEO
# 28 yanvar 2023 13:34 (UTC +04:00)

İsraildə Şərqi Yerusəlimin David şəhərində bu gün atışma baş verib və nəticədə iki nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Nəşr qeyd edib ki, insindent şəhərin turistlər arasında məşhur olan və arxeoloji qazıntılar aparılan hissəsində baş verib. Hadisə yerinə gələn polis atəş açan şəxsi zərərsizləşdirib.

Xatırladaq ki, dünən İsrailin Yerusəlim şəhərində sinaqoqa silahlı hücum olub və nəticədə 7 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR