Səudiyyə Ərəbistanı şahzadəsi Türkiyəyə səfər edəcək - YENİLƏNİB

Səudiyyə Ərəbistanı şahzadəsi Türkiyəyə səfər edəcək - YENİLƏNİB
# 17 iyun 2022 15:02 (UTC +04:00)

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman iyunun 22-də Türkiyəyə gəlir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə cümə namazı öncəsi jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, şahzadəni Ankarada qəbul edərək, iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində atılacaq addımları müzakirə edəcək.

***

12:30

Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman Türkiyəyə səfər edəcək.

APA xəbər verir ki, bu barədə “France Press” agentliyi məlumat yayıb.

Səfərin iyunun 22-də baş tutacağı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR