Səudiyyə Ərəbistanında Nazirlər Kabinetində dəyişiklik: Kralın oğlu yeni müdafiə naziri olub

Səudiyyə Ərəbistanında Nazirlər Kabinetində dəyişiklik: Kralın oğlu yeni müdafiə naziri olub
# 28 sentyabr 2022 05:58 (UTC +04:00)

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səudu krallığın Baş naziri təyin etməsi barədə fərman imzalayıb.

APA xəbər verir ki, bu barədə “Al-Arabiyya” telekanalı məlumat yayıb.

Bundan başqa Salman bin Əbdüləziz Əl Səudun iştirak etdiyi hökumət iclasları onun sədrliyi ilə keçiriləcək.

Həmçinin Səudiyyə Kralının fərmanı ilə oğlu- Xalid bin Salman bin Əbdüləziz ölkənin müdafiə naziri təyin edilib.

Bu təyinatlardan əvvəl kral özü kabinetə rəhbərlik edib, vəliəhd isə Səudiyyə Ərəbistanının Baş nazirinin birinci müavini və müdafiə naziri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR