Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Türkiyədə səfərdədir

Məhəmməd bin Salman, Ərdoğan

© APA | Məhəmməd bin Salman, Ərdoğan

# 22 iyun 2022 18:00 (UTC +04:00)

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Türkiyəyə rəsmi səfəri başlayıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Ankarada rəsmi mərasimlə qarşılanıb.

Mərasimdən sonra liderlərin ikitərəfli görüşü başlayıb.

Görüşdə ikitərəfli əlaqələr, eyni zamanda, regional və beynəlxalq hadisələr müzakirə olunacaq.

Səfərin nəticələrinə əsasən, iki ölkə arasında ticarət və digər sazişlərin də imzalanması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR