Səudiyyəli qadın beş əkiz uşaq dünyaya gətirib

Səudiyyəli qadın beş əkiz uşaq dünyaya gətirib
# 20 yanvar 2022 03:12 (UTC +04:00)

Səudiyyə Ərəbistanında 34 yaşlı qadın beş əkiz dünyaya gətirib.

APA xəbər verir ki, bu barədə yerli “Saudi Gazette” nəşri məlumat yayıb.

Doğuş yanvarın 12-də Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Təbuk şəhərində yerləşən Kral Salman adına xəstəxanada baş verib.

Qadın bir neçə həftə ərzində adıçəkilən tibb müəssisəsinin mamalıq və ginekologiya şöbəsinin müdiri Attiya əl-Zəhrani başda olmaqla həkimlərin ciddi nəzarəti altında olub.

Yyeni doğulmuş 10 körpənin hər birinin çəkisi 950-1100 qram arasındadır. Onların hamısının tam sağlam olduğu bildirilir.

Məlumat üçün bildirək ki, Kral Salmanın adını daşıyan xəstəxana krallığın ən böyük tibb ocaqlarından biridir. Xəstəxana 1980-ci ildə yaradılıb və ölkədə endoskopiya texnologiyasını tətbiq edən ilk tibb müəssisəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR