Seul metrosunda eskalator qırılıb: xəsarət alanlar var

Seul metrosunda eskalator qırılıb: xəsarət alanlar var
# 08 iyun 2023 07:59 (UTC +04:00)

Koreya Respublikqsının paytaxtı Seul metrosunda eskalator qəzası baş verib.

APA Yonhap agentliyinə istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 8:20-də metronun Bundanq xətti üzərindəki Sune stansiyasında qeydə alınıb. Stansiyadakı eskalatorlardan biri qırılaraq, sürətlə əks istiqamətdə hərəkət edib. Nəticədə həmin vaxt eskalatorda olanlardan üçü ağır olmaqla 14 nəfər xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Hazırda polis müvafiq araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR