Seulda sərnişin qatarı relsdən çıxıb, 30 nəfər xəsarət alıb

Seulda sərnişin qatarı relsdən çıxıb, 30 nəfər xəsarət alıb
# 07 noyabr 2022 00:57 (UTC +04:00)

Cənubi Koreyanın paytaxtı Seulda sərnişin qatarı relsdən çıxıb.

APA xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Dəmir Yolu Operatoru açıqlama verib.

Qatarın Yeongdeungpo stansiyasına daxil olarkən relsdən çıxdığı bildirilib.

275 sərnişinin olduğu qatarda 30 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR