Si Cinpinin Rusiyaya səfəri başlayıb

Si Cinpinin Rusiyaya səfəri başlayıb
# 20 mart 2023 13:27 (UTC +04:00)

Çin lideri Si Cinpinin Rusiyaya səfəri başlayıb.

APA-nın Moskva müxbiri REN TV-yə istinadən xəbər verir ki, Çin rəhbərinin təyyarəsi Moskvanın Vnukovo-2 hava limanına enib.

Si Cinpin Vladimir Putinin dəvəti ilə martın 20-22-də Rusiyaya dövlət səfərinə gəlib. Danışıqlar zamanı bir sıra mühüm sənədlərin imzalanması planlaşdırılır.

Qeyd edək ki, bu səfər Çin liderinin üçüncü müddətə yenidən seçilməsindən sonra ilk xaricə səfəridir.

Si Cinpinin Moskvaya səfəri Qərbin böyük narahatlığına səbəb olan Rusiyanın Ukraynada apardığı müharibə fonunda baş verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR