Şimali Koreya ballistik raket atıb

Şimali Koreya ballistik raket atıb
# 17 noyabr 2022 06:33 (UTC +04:00)

Şimali Koreya Yapon dənizi/Şərq dənizinə ballistik raket atıb.

APA xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi məlumat yayıb.

Şimali Koreya Yapon dənizi/Şərq dənizinə naməlum ballistik raket atıb.

Noyabrın 17-də Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq-hi bildirib ki, Şimali Koreya ABŞ-ın genişləndirilmiş nəzarətinin gücləndirilməsinə, Vaşinqton və onun müttəfiqlərinin regiondakı hərbi fəaliyyətinə birbaşa mütənasib şəkildə cavab verəcək.

Bundan əvvəl Koreya Xalq Ordusunun Baş Qərargahının hesabatında deyilirdi ki, KXDR-in raket buraxılışları Cənubi Koreya və ABŞ-ın birgə hərbi təlimlərinə cavabdır.

Şimali Koreya xəbərdarlıq edib ki, KXDR-in istənilən təxribatlara cavabı daha da amansız olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR