Şimali Koreya hipersəs raketini sınaqdan keçirib

Şimali Koreya hipersəs raketini sınaqdan keçirib
# 06 yanvar 2022 03:14 (UTC +04:00)

Şimali Koreyanın Silahlı Qüvvələri çərşənbə günü hipersəs raketini sınaqdan keçirib.

APA xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Bildirilib ki, raket 700 km məsafədəki hədəfi dəqiqliklə vurub.

Qeyd edək ki, bundan əvvəl Şimali Koreya qurudan Yapon dənizinə doğru ballistik raket atmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR