Şimali Koreya koronavirusa qalib gəldiyini elan edib

Şimali Koreya koronavirusa qalib gəldiyini elan edib
# 23 may 2022 07:29 (UTC +04:00)

KXDR-in rəsmi mətbuatı qısa vaxtda Covid-19-un yayılmasının dayandırıldığını bildirib.

APA-nın xəbərinə görə, hakim partiyanın orqanı “Rodonq Sinmun” qəzeti yazır ki, sərt qapanma nəticəsində xəstəliyin qarşısı çox qısa müddətə alınıb. Bu da “virusu cilovlamağa və vəziyyəti sabitləşdirməyə” imkan verib.

“Pandemiyanın tüğyan etdiyi dövrdə uzun müddət Covid-19-un yoxluğuna görə dünya rekorduna imza atan ölkəmiz virusu ildırım sürəti ilə məhv edib və yayılmasının qarşısını alıb. Bu da min dəfə sübut edir ki, partiyanın epidemiya ilə mübarizədə tutduğu yol doğrudur” – deyə qəzet fəxrlə bildirib.

Müəllif əlavə edib ki, KXDR-in əldə etdiyi uğuru heç bir ölkə bacarmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR